Taleh Xasməmmədov damarlarını kəsib (yenilənib)

10 gün ərzində ona doğmaları ilə telefonla danışmağa imkan verməyiblər və yalnız dünən o, baş verənlər barədə doğmalarına məlumat verə bilib

Source:


Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov hüquq müdafiəçisi Xasməmmədovun kəsik yaraları olduğu haqqında məlumatı təkzib edib.

O, “Turan İA”-ın müxbiri ilə söhbətində Xasməmmədovun aclıq etdiyini təkzib edib. Qurbanovun sözlərinə görə, Xasməmmədov qəbul şöbəsinə daxil olub və hazırda müayinədən keçir.

Bu arada, müstəntiq Xasməmmədovun doğmalarının həbsxana xəstəxanasında onunla görüşməsinə icazə verməyib.


“Siyasi Məhbuslarsız Azərbaycan” ictimai alyansı Xasməmmədovun vəziyyətini nəzarət altına almaq çağırışı ilə ombudsmana müraciət edib.


10 gün ərzində ona doğmaları ilə telefonla danışmağa imkan verməyiblər və yalnız dünən o, baş verənlər barədə doğmalarına məlumat verə bilib

Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədov damarlarını kəsdikdən sonra Ədliyyə Nazirliyinin tibb müəssisəinə yerləşdirilib.

Xasməmmədovun doğmalarının “Turan İA”-a verdiyi məlumata görə, 10 gün əvvəl o, Gəncə İstintaq Təcridxanasında cinayət işinin saxtalaşdırılmasına qarşı etiraz əlaməti olaraq aclığa başlayıb.

Martın 15-də o, həbsxanada damarlarını kəsib və Ədliyyə Nazirliyinin xəstəxanasına köçürülüb. Bundan əvvəl, 10 gün ərzində ona doğmaları ilə telefonla danışmağa imkan verməyiblər və yalnız dünən o, baş verənlər barədə doğmalarına məlumat verə bilib.

Hazırda müstəntiq icazə vermədiyi üçün doğmaları Xasməmmədovla görüşə bilmir.

T.Xasməmmədov fevralın 24-də xuliqanlıq ittihamı ilə həbs edilib.

Penitensiar Xidmətdən şərh verməkdən imtina ediblər, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən isə şərh almaq mümkün olmayıb.

Xasməmmədov Göyçay-Ucar bölgəsində hüquq müdafiə fəaliyyəti və facebook-da yerli hakimiyyəti tənqid etməsi ilə məşhurdur. O, əvvəllər də hüquq müdafiə fəaliyyətinə görə məsuliyyətə cəlb edilib, amma iki il əvvəl əvf olunub.

Ana səhifəXəbərlərTaleh Xasməmmədov damarlarını kəsib (yenilənib)