Taleh Xasməmmədov 3 ay müddətinə azadlıqdan məhrum edildi (yenilənib)

Gülbuta Xasməmmədova kömək üçün Azərbaycan prezidentinə müraciət edib

Source:


Göyçay rayon məhkəməsi fevralın 26-da hüquq müdafiəçisi Taleh Xasməmmədovun barəsində 3 ay müddətinə həbs qətiimkan tədbiri seçib.


Məlumatı Meydan TV-yə Taleh Xasməmmədovun anası Gülbuta Xasməmmədova verib.


Gülbuta Xasməmmədova kömək üçün Azərbaycan prezidentinə müraciət edib

Fevralın 24-də Göyçayda həbs edilmiş hüquq müdafiəçisi Taleh Xasməmmədovun taleyi qeyri-müəyyən olaraq qalır. Fevralın 26-da saat 13.00-da onun saxlanılmasından 48 saat ötüb. Qanuna əsasən, o, azad edilməli və məhkəmə qarşısına çıxarılmalı idi.

Lakin fevralın 25-də səhər və axşam saatlarına təyin edilmiş məhkəmə iclası təxirə salınıb. Sonradan proses fevralın 26-sı səhərə təyin edilib, amma o da təxirə salınıb.

Polis bölməsindən deyirlər ki, iclas saat 16.00-da keçiriləcək, deyə hüquq müdafiəçisi Oqtay Gülalıyev “Turan İA”-a bildirib.

Taleh Xasməmmədova qarşı CM-in 221.2-ci (xuliqanlıq, təkrarən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu məlumat məhkəmə binası qarşısında toplaşmış yerli fəalların narazılığına səbəb olub. Hadisə şahidləri Xasməmmədovun təqsirsiz olduğu haqqında ifadə vermək üçün polisə gəliblər, amma onları qəbul etmirlər.

Saxlanılmış şəxsin anası Gülbuta Xasməmmədova saat 18:00 radələrində Meydan TV-yə  deyib ki, onlar hələ də məhkəmənin qarşısındadırlar: “Bizə heç nə demirlər və çox kobud davranırlar”.

Gülbuta Xasməmmədova kömək üçün Azərbaycan prezidentinə müraciət edib. O qeyd edib ki, özü oğluna qarşı təxribatın şahidi olub və müdaxilə etməyi, ədalətsiz həbsə yol verməməyi xahiş edir.

Taleh Xasməmmədov fevralın 24-də Göyçayda mebel mağazasının qarşısında saxlanılıb. O, mağazadan çıxdıqda naməlum şəxs ona yaxınlaşıb və üzünə tüpürüb. Daha sonra bu şəxs yerə yıxılaraq, özünü elə göstərib ki, guya Xasməmmədov onu döyür. Polis hər ikisini saxlayıb.

Hüquq müdafiəçisi Göyçay-Ucar regionunda hüquq müdafiə fəaliyyəti və facebook-da yerli hakimiyyəti tənqid etməsi ilə məşhurdur. Xasməmmədov bundan əvvəl hüquq müdafiə fəaliyyətinə görə mühakimə edilib, amma iki il əvvəl əfv olunub.

Ana səhifəXəbərlərTaleh Xasməmmədov 3 ay müddətinə azadlıqdan məhrum edildi (yenilənib)