Taleh Kazımov Mərkəzi Bankın sədri təyin edilib

Taleh Kazımov. Foto: “azernews.az”

İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Taleh Kazımovun Mərkəzi Bankın sədri təyin edilməsi ilə əlaqədar sərəncam imzalayıb.

Taleh Kazımovun AMB-nin İdarə Heyətinin üzvi təyin edilməsi ilə bağlı Azərbaycan Prezidenti iki gün öncə Milli Məclisə təklif göndərib.

Ötən gün Mərkəzi Bank bunu təsdiqləyib.

1983-cü ildə Bakıda doğulan Taleh Kazımov Azərbaycan Texniki Universitetinin “Avtomatika və hesablama texnikası” fakültəsinin bakalavr pilləsini bitirib.

Daha sonra Azərbaycan Dövlət Neft Akademiyasında MBA dərəcəsi və “Georgia State University”də kommersiya üzrə dərəcə alıb.

O, London “Business School” (Böyük Britaniya) və Harvard Business Schoolun (ABŞ) məzunu olub.

Taleh Kazımov 2007-ci ildən “PAŞA Bank”da Risklərin İdarəedilməsi Departamentinin meneceri vəzifəsində işləməyə başlayıb.

2009-ci ilin avqustundan isə Bankın Xəzinədarlıq Departamentinin direktoru vəzifəsini tutub.

2011-ci ildə “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, 4 il sonra isə bankın sədri seçilib.

Azərbaycan Mərkəzi Bankının (AMB) sabiq sədri Elman Rüstəmov isə Baş nazir Əli Əsədovun müşaviri təyin edilib.

Ana səhifəXəbərlərTaleh Kazımov Mərkəzi Bankın sədri təyin edilib