Taleh Bağırzadənin vəkili şikayət verdi

Cavad Cavadova “Müsəlman Birliyi Hərəkatı”ının həbsdə olan sədri ilə görüşə imkan verilmir

Source:


Cavad Cavadova “Müsəlman Birliyi Hərəkatı”ının həbsdə olan sədri ilə görüşə imkan verilmir

Şikayət Nəsimi rayon Məhkəməsinə təqdim olunub. Məlumatı vəkil Cavad Cavadov Azadlıq Radiosuna verib

Cavadov bildirib ki, onun Taleh Bağırzadəylə görüşə imkan verilməməsindən, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunda nəzərdə tutulmuş hüquqlarının pozulmasından, həmçinin 24 saatdan artıq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Müvəqqəti Saxlanılma Təcridxanasında saxlanılması səbəbindən şikayət edib.

Taleh Bağırzadə noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı həbs olunub. Onun barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.  Bununla bağlı Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb və saxlanılan həmin 14 nəfərə qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaş), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 283 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələr üzrə ittiham irəli sürülüb.

Ana səhifəXəbərlərTaleh Bağırzadənin vəkili şikayət verdi