Taleh Bağırzadənin şikayətinə baxılıb

“Bağırzadə məhkəmədə ətraflı izahat verdi, o cümlədən işgəncə hallarıyla bağlı”

Source:
Taleh Bağırzadə
Taleh Bağırzadə
Taleh Bağırzadə
Taleh Bağırzadə


“Bağırzadə məhkəmədə ətraflı izahat verdi, o cümlədən işgəncə hallarıyla bağlı”

Fevralın 5-də Nəsimi rayon məhkəməsində ötən il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs edilən Taleh Bağırzadənin verdiyi şikayətə baxılıb.

Vəkil Cavad Cavadovun Facebook səhifəsində yaydığı məlumata götə hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılıb. Məhkəmə iclasında T.Bağırzadənin özü də iştirak edib.

“Bağırzadə məhkəmədə ətraflı izahat verdi, o cümlədən işgəncə hallarıyla bağlı”

T.Bağırzadənin Bakı İstintaq Təcridxanasına köçürüldüyünü qeyd edən vəkili Cavad Cavadov bildirib ki, növbəti proses fevralın 9-da davam etdiriləcək.

Noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyat nəticəsində “Müsəlman birliyi” adı altında qanunuz fəaliyyət göstərən təşkilatın rəhbəri T.Bağırzadə və qurumun 13 üzvü saxlanılıb.

Saxlanılan şəxlər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb və saxlanılan həmin 14 nəfərə qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaş), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 283 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

Ana səhifəXəbərlərTaleh Bağırzadənin şikayətinə baxılıb