Taleh Bağırzadənin məhkəməsinin vaxtı açıqlanıb

O, noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub

Source:


O, noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub

Barəsində həbs qətimkan tədbiri seçilmiş “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırzadənin Nəsimi Rayon Məhkəməsinə verdiyi şikayətin baxılacağı tarix açıqlanıb.

T.Bağırzadənin vəkili Cavad Cavadov “Report”a bildirib ki, iddiaya 2016-cı ilin yanvar ayının 6-da baxılacaq.

Prosesə sədrliyi hakim Babək Pənahov edəcək.

Vəkil C.Cavadov Taleh Bağırzadəylə vəkilinin görüşməsinə imkan verilməməsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunda nəzərdə tutulmuş hüquqlarının pozulması, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Müvəqqəti Saxlanılma Təcridxanasında 24 saatdan artıq saxlanılması ilə bağlı məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edilib.

T.Bağırzadə noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Dekabrın 2-də Bakı Apellyasiya Məhkəməsində T.Bağırzadə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qərarından apellyasiya şikayəti üzrə məhkəmə keçirilib. Məhkəmədə apellyasiya şikayəti təmin edilməyib.

Ana səhifəXəbərlərTaleh Bağırzadənin məhkəməsinin vaxtı açıqlanıb