Taleh Bağırzadənin məhkəməsi təxirə salındı

“Ədalətli məhkəmə araşdırılmasından artıq söz gedə bilməz”

Source:
Taleh Bağırzadə
Taleh Bağırzadə
Taleh Bağırzadə
Taleh Bağırzadə


“Ədalətli məhkəmə araşdırılmasından artıq söz gedə bilməz”

Noyabırın 26-da Nardaran qəsəbəsində həbs edilən “Müsəlman Birliyi” təşkilatının sədri Hacı Taleh Bağırzadənin fevralın 9-da Nəsimi Rayon Məhkəməsində şikayətinə baxılıb.

Bu barədə vəkil Cavad Cavadov öz Facebook səhifəsində yazıb.

“Taleh Bağırzadəylə bağlı verdiyim məhkəmə nəzarəti qaydasında şikayət üzrə bu gün Nəsimi rayon Məhkəməsinə qərarın elan olunması saat 16-00 təyin edilmişdi, lakin məhkəmə bir saat əvvələ keçirildi. Həmin saatda sədrlik edən hakim Babək Pənahov bildirdi ki, sorğulara cavab verilmədiyindən bu iş üzrə obyektiv qərar qəbul etmək mümkün deyil və bu səbəbdən işi 19.02.2016-cı il tarixə saat 15-00 təxirə saldı”.

Vəkil hesab edir ki, tutulan şəxsin işgəncəyə məruz qalmasına dair qaldırılan məsələ işgəncə izlərinin itməməsi üçün təxirə salınmadan araşdırılmalı, məhkəmə tibb ekspertizası təyin edilməlidir. Lakin bunlar edilməyib və belə vəziyyətdə ədalətli məhkəmə araşdırılmasından artıq söz gedə bilməz.

Ana səhifəXəbərlərTaleh Bağırzadənin məhkəməsi təxirə salındı