Gənclərin “Nardaran işi” üzrə təqsirləndirilənlərə hökm oxunacağı ərəfədə “oğurlandığı” güman olunur
Jurnalist Rövşən Məmmədli dünən axşam saatlarında saxlanılıb. Yaxınlarının verdiyi məlumata görə, o polisə tabesizlikdə ittiham olunub. Məhkəmə jurnalistin barəsində 30 sutka inzibati həbs cəzası verib. Rövşən Məmmədli hazırda Binəqədi Müvəqqəti Təcridxanasındadır.
——————————————————
Yanvarın 23-dən etibarən “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadənin tərəfdarları kimi tanınan Rövşən Məmmədli və Əhsən Nuruzadə adlı gənclər haqqında məlumat almaq mümkün deyil.
“Naradaran işi” üzrə təqsirləndirilənlərin yaxınlarının “Azadliq.info”-ya verdiyi məlumata görə, hər iki gənc məhkəmə prosesini daim izləyən şəxslərdir.
Rövşən Məmmədli “Facebook” səhifəsində son paylaşımı 23 yanvarda, gecə saat 01:04-də edib. Ondan bir neçə gün öncə isə “Azadliq.info”-da Taleh Bağırzadə haqqında yazısını dərc etdirib.
Gənclərin “Nardaran işi” üzrə təqsirləndirilənlərə hökm oxunacağı ərəfədə “oğurlandığı” güman olunur.
DİN-in mətbuat xidməti məsələyə münasibət bildirmir.
Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərləri Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunurlar.