”Hər iki şəxsin hüquqazidd əməllərdə iştiraklarının müəyyənləşdirilməsi və cinayətkar əlaqələrinin ifşası üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir”
Azərbaycanın daxili işlər və prokurorluq orqanları tərəfindən Lənkəran rayonunda keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Qismət İsayev və Vüqar İsmayılov saxlanılıb.
DİN və Respublika Prokurorluğunun birgə məlumatında bildirilir ki, saxlanılan şəxslər əhali arasında milli və dini zəmində separatçı fikirlər yayır və vətəndaşları kütləvi itaətsizliyə və hüquq-mühafizə orqanları ilə açıq qarşıdurmaya çağırırmış.
Məlumatda o da iddia olunur ki, “Müsəlman Birliyi Hərəkatı”nın rəhbəri Taleh Bağırzadənin tərəfdarı olan bu şəxslərin üzərlərinə və yaşadıqları mənzillərə baxış zamanı 4 əl qumbarası, 123 patron, 2 trotil şaşkası, eyni zamanda, yayılması qanunla qadağan olunan, dini dözümsüzlüyü və bölücülüyü təbliğ edən 18 ədəd kitabça götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
“Saxlanılan şəxslərin digər hüquqazidd əməllərdə iştiraklarının müəyyənləşdirilməsi və cinayətkar əlaqələrinin ifşası üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir”,-deyə məlumatda qeyd olunur (
report.az
).