Taleh Bağırzadənin apellyasiya şikayətinə baxılacaq

Vəkil hələ də Bağırzadə ilə görüşə bilmədiyini qeyd edib

Source:


Vəkil hələ də Bağırzadə ilə görüşə bilmədiyini qeyd edib

Dekabrın 2-də saat 15-də “Müsəlman Birliyi” təşkilatının həbsdə olan sədri Taleh Bağırzadənin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan verilən apellyasiya şikayətinə baxılacaq.

Bu barədə vəkil Cavad Cavadov öz Facebook səhifəsində məlumat paylaşıb.

Vəkil hələ də Bağırzadə ilə görüşə bilmədiyini qeyd edib.

Hacı Taleh Bağırzadə noyabrın 26-da polisin Nardaranda keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Hadisə nəticəsində 6 nəfər öldürülüb, 14 nəfər həbs olunub. Həbs olunanlara qarşı Cinayət Məcəlləsinin aşağıdakı maddələrilə ittihamlar irəli sürüb: 120 (qəsdən qətl törətmək), 214 (terrorizm), 220 ( kütləvi iğtişaşlar), 228 (qanunsuz silah və hərbi sursat saxlamaq), 233 (ictimai asayişin pozulmasına yönələn hərəkətlərin təşkili), 279 (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin və qrupların yaradılması), 281 (dövlət əleyhinə açıq çağırışlar etmək), 283 (dini düşmənçiliyin salınması), 315 (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etməklə müqavimət göstərmək), 278 (hakimiyyətin zorla ələ keçirilməsinə cəhd).

Ana səhifəXəbərlərTaleh Bağırzadənin apellyasiya şikayətinə baxılacaq