Taleh Bağırzadə Yasamal Polis İdarəsində döyülüb

DİN mətbuat xidməti T.Bağırzadənin bəyanatını şərh etmir

Source:


DİN mətbuat xidməti T.Bağırzadənin bəyanatını şərh etmir

“Müsəlman birliyi” ictimai təşkilatının rəhbəri, keçmiş siyasi məhbus  Taleh Bağırzadə noyabrın 3-də Yasamal Polis İdarəsində döyülüb.

O, noyabrın 3-də axşam Facebook səhifəsində yazıb ki, öz ofisindən polisə çağırılıb. Rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev kobud şəkildə tələb edib ki, insanları toplayaraq yürüş təşkil etməsinin səbəblərini açıqlasın. Teoloq cavab verib ki,  heç bir şey təşkil etməyib. Dindarlar ona müraciət edərək, Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət etmək istədiklərini bildiriblər və o, bunu təşkil etməyə hazırlaşır.

Rəislə mübahisə çox çəkib. T.Bağırzadə namaz vaxtının yaxınlaşması ilə əlaqədar onu buraxmasını xahiş edib. Lakin İ.Mehbalıyev getməyə icazə verməyib və T.Bağırzadə orada ibadət etməyə başlayıb. Bu, polislərin qəzəbinə səbəb olub, onlar Bağırzadəni döyərək üzünə, çənəsinə xəsarət yetiriblər.

“Turan İA”-ın T.Bağırzadə ilə əlaqə yaratmaq cəhdi baş tutmayıb, onun telefonu cavab verməyib.

DİN mətbuat xidməti T.Bağırzadənin bəyanatını şərh etmir.

Ana səhifəXəbərlərTaleh Bağırzadə Yasamal Polis İdarəsində döyülüb