Taleh Bağırzadə və Fuad Qəhrəmanlının məhkəmələrinin vaxtı bilindi

İlkin baxış iclası iyulun 19-a təyin olunub

Source:


İlkin baxış iclası iyulun 19-a təyin olunub

Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və digər 16 nəfərin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində icraata verilib.

APA-nın məlumatına görə, işə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abbasovun sədrliyi ilə baxılacaq.

İlkin baxış iclası iyulun 19-a təyin olunub.

T. Bağırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırzadə də daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Hər iki şəxs həbslərinin siyasi motivli olduqlarını bildiriblər və Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən “vicdan məhbusu” elan ediliblər.

Ana səhifəXəbərlərTaleh Bağırzadə və Fuad Qəhrəmanlının məhkəmələrinin vaxtı bilindi