Taleh Bağırzadə və Fuad Qəhrəmanlının işi məhkəməyə göndərilib

Yaxın zamanlarda Nardaran hadisələrinə görə həbs olunanların məhkəməsi başlayacaq

Source:
Cavad Cavadov


Yaxın zamanlarda Nardaran hadisələrinə görə həbs olunanların məhkəməsi başlayacaq

Nardaran hadisələri ilə əlaqədar həbs olunmuş Taleh Bağırzadə və daha 17 nəfərin, o cümlədən AXCP sədrinin müavini Fuad Qəhramanlının barəsində olan cinayət işi üzrə ittiham aktı təsdiq edilərək, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə vəkil Cavad Cavadov öz Facebook səhifəsində məlumat yayıb.

Vəkilin sözlərinə görə, yaxın vaxtlarda işin təyin edilməsi gözlənilir:

“Müdafiə tərəfi hesab edir ki, ibtidai istintaq elan edilmiş ittihamla bağlı ortaya sübut qoya bilməyib və bir çox qaranlıq məsələlərə aydınlıq gətirməkdən yayınıb. Bunlardan biri 26 noyabr 2015-ci il tarixdə Nardaranda həlak olan, ön qarın nahiyyəsindən güllə yarası almış polis işçilərindən birinin hadisə vaxtı nəyə görə zirehli gödəkçədə olmamasıdır, bu, belə olsa idi, həmin xəsarətin alınması mümkün deyildi. Hər halda rəsmi məlumatlarda Nardaran keçirilən əməliyyat xüsusi əməliyyət adlandırılıb”.

Ötən il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı “Müsəlman birliyi” Təşkilatın rəhbəri Taleh Bağırzadə və daha 17 nəfər həbs olunub. Əməliyyat zamanı ikisi polis əməkdaşı olmaqla 7 nəfər həlak olub.

Ana səhifəXəbərlərTaleh Bağırzadə və Fuad Qəhrəmanlının işi məhkəməyə göndərilib