“Taleh Bağırzadə və digərlərinin mühakiməsi ictimai vicdanı yaralayan haqq pozuntusudur”

Əhməd Faruq Ünsal: “Bu hökm Azərbaycan üçün çox narahatedici qərardır”

Source:
Əhməd Faruq Ünsal – Foto: Sosial Şəbəkə
Əhməd Faruq Ünsal – Foto: Sosial Şəbəkə


Əhməd Faruq Ünsal: “Bu hökm Azərbaycan üçün çox narahatedici qərardır”

Türkiyənin insan haqları təşkilatı olan “Mazlumder”in sədri Əhməd Faruq Ünsal “Müsəlman Birliyi” Hərəkatının sədri Tale Bağırzadə və digərlərinin həbsinə münasibət bildirib.

Azərbaycandakı insan haqları pozuntularını narahat şəkildə izlədiklərini vurğulayan Əhməd Faruq Ünsal Meydan TV əməkdaşına bunları deyib:

“Son illərdə Azərbaycanda baş verən siyasi hadisələr və ədalətli mühakimənin olmadığını tez-tez müşahidə edirik. Son olaraq Taleh Bağırzadə və digərlərinin saxlanılması və mühakimə olunması prosesi ictimai vicdanı yaralayan haqq pozuntusudur. Taleh Bağırzadə uzun müddət davam edən mühakimə və həbs müddətində işgəncəyə məruz qalıb, ailəsi və hüquqlarını müdafiə edən vəkilləri ilə normal şəraitdə görüşdürülməyib. Bundan əlavə, qonaq olduğu qəsəbədə qanlı basqın baş verib. O, qanlı basqına səbəb olan şəxs kimi mühakimə olunub. Taleh Bağırzadə təhlükəsizlik qüvvələrinə qarşı silahdan istifadə etməməsinə baxmayaraq, 20 il müddətinə azadlıqdan məhrum edilib. Bu hökm Azərbaycan üçün çox narahatedici qərardır. “Mazlumder” olaraq baş verənləri insan haqları çərçivəsində son dərəcə mənfi hal kimi qəbul edir, hüquqlarının təmin edilməsini və ədalətli mühakimənin reallaşdırılmasını istəyirik”.

Ana səhifəXəbərlər“Taleh Bağırzadə və digərlərinin mühakiməsi ictimai vicdanı yaralayan haqq pozuntusudur”