“Taleh Bağırzadə Milli Şuranı tərk etməyib”

“Müsəlman Birliyi” Hərəkatı yayılan xəbərləri yalanlayıb

Tale Bağırzadə. Foto: Meydan TV


“Müsəlman Birliyi” Hərəkatı yayılan xəbərləri yalanlayıb

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə haqqında verilən bəyanatlar saxtadır.

Bu açıqlama ilə hərəkatın sədr müavini, ilahiyyatçı Elçin Qasımov çıxış edib.

“2015-ci ildə ağır repressiyalara məruz qalan hərəkatın haqlı olaraq müdafiəsinə qalxan və sonacan hüquqlarını müdafiə edən məlum şəxslərə hər zaman minnətdar olduğunu, çətin günlərdə müxtəlif maneələrə baxmayaraq yanımızda olub bizə dəstək nümayiş etdirən insanlara vicdan borcumuzun olduğunu dəfələrlə bəyan etmişik. Bütün bunlarla yanaşı hərəkatın tam müstəqil bir təşkilat olduğunu, bütün qərarlarının idarə heyəti tərəfindən, ədalət prinsipinə uyğun verildiyini bir daha bəyan edirik. Ayrı- ayrı şəxslərin, təşkilat və birliklərin səsləndirdiyi, milli və dini dəyərlərimizə zidd olan fikirlərin həmin şəxslərə, təmsil etdikləri birlik və təşkilatlara aid olduğunu, bu fikir və münasibətlərin nə “Müsəlman Birliyi” Hərəkatına, nə də onun sədrinə aid olmadığını bir daha bütün əzizlərin nəzərinə çatdırırıq. “Müsəlman Birliyi” Hərəkatı tam müstəqil fikir və düşüncələrini bəyan edən və heç bir qurum və birlikdə olmayan, düzə düz, əyriyə əyri deməyi bacaran, hər zaman xalqına xidmət üçün çalışan bir təşkilatdır. Dostların nəzərinə çatdıraq ki, hərəkatın lideri Taleh Bağırzadə 2013-cü ildə hələ təşkilat təsis olunmamışdan öncə Milli Şuraya dəstək verib və bu gün də dəstək verməkdədir”, – ilahiyyatçı deyib.

Elçin Qasımov bildirib ki, Taleh Bağırzadənin adından yayılan Milli Şuranı tərk etmək məsələsi tamamilə yalan məlumatdır:

“Taleh Bağırzadə hər kəsin bu günlərdə Milli Şuraya qarşı hücüma keçdiyi bir dönəmdə qurumu tərk etməyin düzgün olmadığını, bu addımın ədalətsiz olacağını bildirdi. “Müsəlman Birliyi” Hərəkatının bütün üzvlərinə səbirli olmağı, sevənlərinə anlayış göstərdiklərinə görə minnətdarlığını söylədi”.

Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə də “Mikroskop”a yazılanların şayiə olduğunu deyib:

“Bir az öncə Taleh Bağırzadə zəng vurmuşdu, məlum xəbəri ona oxudum, bildirdi ki, bu, ona aid deyil, onun adından yayılmış xəbərdir. Lakin Cəmil Həsənlinin yazdığı doğrudur.

Taleh Bağırzadə 2015-ci ildə polisin Nardaranda keçirdiyi əməliyyatı zamanı həbs olunub. İkisi polis olmaqla, 6 nəfərin həlak olduğu həmin əməliyyat nəticəsində ilahiyyatçı ilə yanaşı, daha 16 nəfər saxlanılıb. Məhkəmə onu 20 il azadlıqdan məhrum edib.

Ana səhifəXəbərlər“Taleh Bağırzadə Milli Şuranı tərk etməyib”