Taleh Bağırzadə ilə müavini Qobustan həbsxanasına göndərildi

Fuad Qəhrəmanlı isə 10 saylı cəzaçəkmə müəssisəsinə etap olunub

Source:
Abbas Hüseyn, Tale Bağırzadə və tərəfdarları
Abbas Hüseyn, Tale Bağırzadə və tərəfdarları


Fuad Qəhrəmanlı isə 10 saylı cəzaçəkmə müəssisəsinə etap olunub

“Müsəlman Birliyi” Təşkilatının sədri Taleh Bağırov və müavini Abbas Hüseynov Qobustan həbsxanasına etap ediliblər.

Bu barədə “Report”a vəkil Nemət Kərimli məlumat verib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı isə 10 saylı cəzaçəkmə müəssisəsinə etap olunub. Digər 15 nəfər də başqa cəzaçəkmüə müəssisəsinə köçürülüb.

Həmin şəxslər hüquq-mühafizə orqanlarının 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində keçirilən əməliyyat nəticəsində həbs olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırov və Abbas Hüseynov 20 il, Fuad Qəhrəmanlı 10 il, Cabbar Cabarov 19 il, Rasim Cəbrayılov 17 il, Ramin Yarıyev 10 il, Zakir Mustafayev, Cahad Babakişizadə, Aqil Quliyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Həmçinin hökmə əsasən, T.Bağırovla A.Hüseynov cəzalarının ilk 7 ilini həbsxana rejimində, qalan ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsi apelyasiya şikayətini təmin etməyib.

Ana səhifəXəbərlərTaleh Bağırzadə ilə müavini Qobustan həbsxanasına göndərildi