Taleh Bağırzadə cərimə kamerasına salınıb

Vəkil: ”Hüquqi addımlar atmaq niyyətindəyəm”

Source:
Taleh Bağırzadə
Taleh Bağırzadə
Taleh Bağırzadə
Taleh Bağırzadə


Vəkil: ”Hüquqi addımlar atmaq niyyətindəyəm”

“Müsəlman Birliyi” Hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırzadə martın 1-də cərimə kamerasına (karser) salınıb. Bu barədə vəkili Cavad Cavadov öz Facebook səhifəsində məlumat verib. Vəkil deyir ki, martın 2-də Taleh Bağırzadə ilə görüşüb: “Dünən Bağırzadəni 7 gun muddətinə cərimə kamerasına salıblar. O, bunu təzyiqlərin davamı kimi qəbul edir. Vəkil olaraq hüquqi addımlar atmaq niyyətindəyəm”.

Taleh Bağırzadə noyabrın 26-da Nardaranda həyata keçirilmiş xüsusi əməliyyat zamanı bir qrup tərəfdarı ilə birlikdə saxlanılıb. O, Bakı İstintaq Təcridxanasında saxlanılır.

Ona qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaşlar), 228 (qanunsuz silah saxlama), 233 (ictimai asayişi pozma), 279 (qanunsuz silahlı qruplar yaratma), 281 (dövlətə qarşı açıq-aşkar çağırışlar), 283 (dini ədavət salma), 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) və 278-ci (hakimiyyəti zorla ələ keçirmək cəhdi) maddələrilə ittiham irəli sürülüb.

Ana səhifəXəbərlərTaleh Bağırzadə cərimə kamerasına salınıb