Taleh Bağırovun tərəfdarına hökm oxundu

Mötəbər Babayev qanunsuz silah saxlamaqda təqsirləndirilir

Source:
Mötəbər Babayev
Mötəbər Babayev
Mötəbər Babayev
Mötəbər Babayev


Mötəbər Babayev qanunsuz silah saxlamaqda təqsirləndirilir

Mayın 11-də Sabirabad rayon Məhkəməsinin hökmü ilə Nardaran hadisələrilə əlaqədar həbs olunmuş Möhtəbər Qılman oğlu Babayev 2,6 ay azadlıqdan məhrum edilib. Bu barədə Meydan TV-yə təqsirləndirilən şəxsin bacısı məlumat verib.

Möhtəbər Babayev ilahiyyatçı Taleh Bağırovun tərəfdarlarından biri kimi tanınır. O, CM-in 228.1-ci maddəsi ilə (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sürsatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) ittiham olunur.

Rəsmi məlumata görə, Möhtəbər Babayev Taleh Bağırovun dəvəti ilə Nardarana gedib, meydan hadisələri zamanı ixtişaş törədib.  Hadisələrdən sonra Müsəlman  Birliyi Hərəkatının  üzvü  M.Babayev özü ilə “Kalaşnikov” avtomatı və patronlar götürərək, Sabirabada qayıdıb. Rayonda silahı yaşadığı Xankeçən kəndində evlərinin yaxınlığında gizlədib. Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat-axtarış nəticəsində M. Babayev həbs edilib və silah sursat aşkarlanaraq götürülüb.

Ana səhifəXəbərlərTaleh Bağırovun tərəfdarına hökm oxundu