Tale Bağırzadənin şikayəti təmin olunmadı

Apellyasiya Məhkəməsinin önünə polis heyəti cəlb olunub

Source:

Apellyasiya Məhkəməsinin önünə polis heyəti cəlb olunub

Dekabrın 2-də Bakı Apellyasiya Məhkəməsində “Müsəlman Birliyi” Təşkilatının həbsdə olan sədri Tale Bağırzadənin barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə qərardan verilən apellyasiya şikayətinə baxılıb. Şikayət təmin olunmayıb.

Məhkəmə önündə olan jurnalistlərin Meydan TV-yə verdiyi məlumata görə, Apellyasiya Məhkəməsi polis heyəti ilə əhatə olunub. Proses bitənə qədər onlar ərazini müşahidə ediblər.

Hacı Tale Bağırzadə noyabrın 26-da polisin Nardaranda keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Hadisə nəticəsində 6 nəfər öldürülüb, 14 nəfər həbs olunub. Həbs olunanlara qarşı Cinayət Məcəlləsinin aşağıdakı maddələrilə ittihamlar irəli sürüb: 120 (qəsdən qətl törətmək), 214 (terrorizm), 220 ( kütləvi iğtişaşlar), 228 (qanunsuz silah və hərbi sursat saxlamaq), 233 (ictimai asayişin pozulmasına yönələn hərəkətlərin təşkili), 279 (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin və qrupların yaradılması), 281 (dövlət əleyhinə açıq çağırışlar etmək), 283 (dini düşmənçiliyin salınması), 315 (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etməklə müqavimət göstərmək), 278 (hakimiyyətin zorla ələ keçirilməsinə cəhd).

Tale Bağırzadənin vəkili Cavad Cavadovdur.

Ana səhifəXəbərlərTale Bağırzadənin şikayəti təmin olunmadı