Həbsdə olan ilahiyyatçı Tale Bağırov Qobustan Qapalı tipli həbsxanasından gecə radələrində azadlığa buraxılıb
.
Qeyd edək ki, Tale Bağırovun bu gün səhər saatlarında həbsdən azad olunacağı gözlənilirdi.
O, 2013-cü il martın 31-də Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Tale Bağırova qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Eyni zamanda bu, onun ikinci həbsidir. Birinci dəfə o, 2011-ci il mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilən sayca ikinci olan “Hicaba azadlıq” aksiyasında iştirak etdiyi üçün həbs olunub və 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İl yarım məhkumluq həyatı yaşayan ilahiyyatçı 2012-ci ilin noyabrında azadlığa çıxıb.
Tale Bağırov 1984-cü ildə Bakıda doğulub. Azərbaycan İqtisad Universitetini bitirib. 2005-ci ildən 2010-cu ilədək İranın Qum şəhərində, 2010-cu ildən 2011-ci ilin may ayına qədər isə İraqın Nəcəf şəhərində ilahiyyat ixtisası üzrə təhsil alıb.