Noyabrın 17-də talassemiyalı xəstələr “Gənclik” metrosu yaxınlığında yolu kəsiblər. Onlar xaricdən gələn həkimlərin talassemiyalı xəstələrlə görüşməsini tələb edirlər.
Yerli icra hakimiyyətinin və polislərin onları yoldan kənarlaşdırmaq üçün apardıqları danışıq nəticəsini verməyib. Sürücülərin narazılığından sonra aksiya iştirakçıları yolu açıblar.