Taksidə siqaret çəkənlər cərimələnəcək

Prezident yeni fərman imzaladı

Foto: Meydan TV


Prezident yeni fərman imzaladı

Bundan sonra taksidə siqaret çəkənlər cərimələnəcək.

Prezident İlham Əliyev aprelin 15-də bununla bağlı fərman

imzalayıb

.

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərman

taksidə siqaret çəkənlərin hansı dövlət qurumu tərəfindən cərimələnməsini müəyyən edir.

Fərmana əsasən, taksi minik avtomobilində tütün çəkənləri Daxili İşlər Nazirliyinin əməkdaşları cərimələyəcək.

Ötən ilin oktyabrında İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsinə dəyişiklik edilib. https://d9mc3ts4czbpr.cloudfront.net/az/article/siqarete-gore-cerimeler-tesdiqlendi-40-manatdan-1200-manatadek/?ref=search

Dəyişikliyə əsasən, avtobusda şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə 40 manatdan 50 manatadək məbləğdə cərimə edilir.

Bu cərimə sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkənlərə də tətbiq olunacaq.

Ana səhifəXəbərlərTaksidə siqaret çəkənlər cərimələnəcək