Mənbə: Meydan TV

Taksi sürücüləri yanacağın qiymətinə etiraz edir

Taksi sürücüləri yanacağın qiymətinə etiraz edir

Tarif Şurası yanvarın 4-də benzinin və dizel yanacağının qiymətlərini artırdığını açıqladı.

Yeni qiymətlərə görə, Aİ-92 markalı benzinin pərakəndə satışı 1 litr üçün 1 manat, dizel yanacağının qiyməti isə 80 qəpikdir.

Günə ortalama 20 litr yanacaq istifadə edən taksi sürücüləri qiymətlərdən narazıdır.

İqtisadçılar deyir ki, artım kənd təsərrüfatı mallarının qiymətində də hiss olunacaq.

Tarif Şurası bahalaşmanı avtomobil idxalının artması, qonşu ölkələrdə benzinin qiymətinin Azərbaycandan çox olması ilə əsaslandırır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/szdyaz

Ən çox baxılan