Həbsxana

Mənbə: Foto: Asia-Plus

Başlıq: Həbsxana

Tacikistanda: Həbsxanada İŞİD militanları ilə iğtişaşda ölənlər var

Üç həbsxana mühafizəçisi və 29 məhkum öldürülüb

Tacikistanda həbsxanada Özünü “İslam Dövləti” adlandıran (İŞİD) qruplaşmanın döyüşçülərinin iştirakı ilə baş verən üsyan zamanı üç həbsxana mühafizəçisi və 29 məhkum öldürülüb. Tacikistanın Ədliyyə Nazirliyi məlumat yayıb.

“Reuters”-in xəbərində görə, nazirlik deyib ki, üsyan bazar günü gec saatlarda “İslam Dövləti” militanlarının bıçaqla silahlanaraq mühafizəçiləri və beş həbsxana işçisini öldürməsilə baş verib.

Nazirliyin məlumatına görə, təhlükəsizlik qüvvələri zorakılığın qarşısını almağa çalışıb. 24 militan öldürülüb və 1500 məhkumun qaldığı həbsxanada asayiş bərpa olunub.

Öldürülən məhbuslardan ikisi 2015-ci ildə prezident İmaməli Rəhmon hökuməti tərəfindən qanunsuz elan edilmiş İslamçı partiya olan Tacikistan İslam İntibah Partiyasının üzvləridir. Digəri isə hökuməti devirməkdə ittiham olunmuş məşhur tacik din alimidir.

İğtişaşı başladanlardan biri 2015-ci ildə İŞİD-ə qoşulan tacik xüsusi qüvvələr polkovniki Gülmurod Xəlimovun oğlu Bəhruz Gülmurod olub və o, Ədliyyə Nazirliyinin məlumatına görə Suriyada öldürülüb. İğtişaşdan sonra Bəhruz Gülmurodun taleyi ictimaiyyətə açıqlanmayıb.

Tacikistanda yaşayan yüzlərlə insanın bir zamanlar Suriya və İraqda geniş ərazilərə nəzarət etmiş İŞİD-ə qoşulduğu qeyd edilir.

İndi ərazilərə nəzarətini itirmiş, lakin hələ də təhlükə yaratmağa davam edən qrup noyabr ayında da Tacikistanda başqa bir həbsxanada baş verən qarşıdurma üçün məsuliyyəti üzərinə götürmüşdü. Bundan öncə isə 2018-ci ilin iyul ayında qrupun üzvləri Tacikistanda qərbdən gələn turistlərə ölümcül hücum etmişdi.

Əfqanıstanla sərhəddə olan ölkə 1990-cı illərdə on minlərlə insanı öldürən vətəndaş müharibəsində islamçılara qarşı mübarizə aparıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/7vm0ox

Ən çox baxılan