Tacikistan və Qırğızıstan arasında yenə döyüşlər olub, ölənlər var

Ötən gün Qırğızıstan və Tacikistan sərhədçiləri arasında atışma zamanı ölən və yaralananlar olub. Tacikistan təhlükəsizlik rəsmiləri iki dinc sakinin öldürüldüyünü, 10 nəfərin yaralandığını deyir. Qırğızıstanın Səhiyyə Nazirliyi 7 yaralının xəstəxanaya aparıldığını bildirir. Qırğızıstanda atışma ərazisindən minlərlə sakin evakuasiya olunub. Tacikistan mediası əraziyə yaxın yaşayan kəndlilərin köçürüldüyünü xəbər verir. Yanvarın 27-dəki toqquşmalar iki Orta Asiya ölkəsinin zəif demarkasiya olunmuş sərhədində baş verib.

Ana səhifəVideoTacikistan və Qırğızıstan arasında yenə döyüşlər olub, ölənlər var