Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Təzəxan Mirələmlinin evində Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən axtarış aparıldığı bildirilir.
Bu barədə Meydan TV-yə partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilov məlumat verib.
Onun sözlərinə görə, axtarışdan sonra Təzəxan Mirələmliyə məxsus kompüter və telefon DTX əməkdaşları tərəfindən müsadirə edilib.
Məlumata görə, Mirələmli Əli Kərimlinin məhkəməsinə gedərkən saxlanılıb. Sonradan onun DTX-yə aparıldığı məlum olub.
Dekabrın 5-də AXCP sədri Əli Kərimlinin apellyasiya məhkəməsi keçirilib. Məhkəməyə gələn 20-dən çox fəalın, o cümlədən AXCP Təşkilat Şöbəsinin sədri Saqif Qurbanovun və partiyanın Binəqədi şöbəsinin sədri Ramid Nağıyevin saxlanıldığı bildirilir.
Əli Kərimli noyabrın 29-da saxlanılıb.
Onun barəsində dekabrın 1-də Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunub. Həmin gün Səbail rayon məhkəməsində onun barəsində 2 ay 15 gün müddətinə həbs qəti imkan tədbiri seçilib.
Hökümətyönlü media onun Ramiz Mehdiyev işinə görə saxlanıldığını yazır.
Təzəxan Mirələmli bundan əvvəl dəfələrlə saxlanılıb, inzibati qaydada həbs edilib.
2020-ci ildə sosial mediada hökuməti müdafiə edən, müxalifət təmsilçilərinin ünvanına təhqiramiz ifadələr səsləndirən bloger Ata Abdullayevi vurmaqla xuliqanlıqda təqsirli bilinərək 1 il müddətinə azadlığı məhdudlaşdırıb.