Nazirlər Kabinetinin yeni qərarına əsasən, Bakıda taksi avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25 000 müəyyən edilib. Rəsmi rəqəmlərə görə, Bakıda 35 min taksi fəaliyyət göstərir.
Yeni qərar noyabrın 1-dən qüvvəyə minir. Bununla da, taksi xidmətində qiymət bahalaşmasının qaçınılmaz olacağı bildirilir.
“Tənzimləmə adı altında taksi sahəsini inhisara alırlar. Bazarda sərnişin sayı taksinin say həddini müəyyən etməlidir. İnsanlara əl çatan olan daha bir xidməti, taksi xidmətini onların əlindən alırlar”.