Svetlana Aleksiyeviç: Dostlarım-məsləkdaşlarım ya məhbəsdədirlər, ya da xaricə atılıblar

Nobel mükafatçısı rus ziyalılarına xitab edib: “Siz niyə susursunuz? Balaca, qürurlu xalqın tapdalandığını görüb niyə susursunuz?”

Source: афвыа

Məqalə

Euroradio

saytında dərc olunub.

“Üsyan edən Əlaqələndirmə Şurası deyil, ölkədir”

Nobel laureatı, Belarus PEN-in sədri Svetlana Aleksiyeviç Belarusdakı vəziyyətlə bağlı çıxış edib. “Əlaqələndirmə Şurasının rəyasət heyətində artıq dostlarım-məsləkdaşlarımdan heç kəs qalmayıb”, – o yazır, – “Onlar ya məhbəsdədirlər, ya da xaricə atılıblar. Bu gün sonuncusunu, Maksim Znakı tutdular”. Yazıçı deyir: “Əvvəlcə ölkəmizi talan etdilər, indi aramızdan ən yaxşısını oğurlayırlar. Amma sıralarımızdan qoparılanların yerinə yüzlərlə başqası gələcək. Aleksiyeviç davam edir: “Üsyan edən Əlaqələndirmə Şurası deyil, ölkədir”.

Svetlana Aleksiyeviç qeyd edir ki, Əlaqələndirmə Şurası çevriliş təşkil etməyib, sadəcə ölkədə parçalanmanın qarşısını almaq istəyib, cəmiyyətdə dialoqun başlamasına çalışıb. O, Aleksandr Lukaşenkonun “küçə” ilə, yüz minlərlə insanla danışmaq istəməsinə hirslənib: “Bu, küçə deyil, bu xalqdır”.

Nobel mükafatçısı rus ziyalılarına xitab edib: “Siz niyə susursunuz? Balaca, qürurlu xalqın tapdalandığını görüb niyə susursunuz?”

Svetlana Aleksiyeviç müraciətini bu sözlərlə bitirib: “Naməlum şəxs yenə qapımın zəngini çalır”.

Aleksiyeviçin müraciətinə Çexiya, Slovakiya, İsveç, Avstriya, Rumıniya və digər ölkələrdən xarici diplomatlar reaksiya verib. Onlar onu mümkün həbsdən qorumaq üçün mənzilinə gəliblər.

“Biz kimlərinsə, çox güman ki, təhlükəsizlik xidməti əməkdaşları və ya milisin onun qapısını döyməsi haqda siqnal aldıq. Düşündük ki, həbs oluna bilər”, – Litva səfiri bildirib.

Ana səhifəDünyaSvetlana Aleksiyeviç: Dostlarım-məsləkdaşlarım ya məhbəsdədirlər, ya da xaricə atılıblar