İlham Əliyev: "Vaqifin məqbərəsi dağıdılıb"
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi olub.
Tədbir Heydər Əliyev Fondu təşkilatçılığı ilə keçirilib.
Mərasimdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edib.
Fondun məlumatına görə, İlham Əliyev açılışda çıxış
edib
:
“Əfsuslar olsun ki, Şuşa işğala məruz qalandan sonra bütün tarixi- mədəni abidələr, o cümlədən, Vaqifin məqbərəsi dağıdılıb. Şuşanın işğalı xalqımızın böyük faciəsi idi. Çünki Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini, – hamımız yaxşı bilirik, – 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik.nÜç məsciddə təmir-bərpa işləri gedir. Yuxarı Gövhər Ağa məscidinin təmiri, demək olar ki, bitmək üzrədir. Saatlı və Aşağı Gövhər Ağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verildi. Bu məscidlərin təmirini yenə də Heydər Əliyev Fondu öz üzərinə götürüb. Natəvan bulağı bərpa edilib”.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev, Xalq şairi Nəriman Həsənzadə, AYB-nin katibi, yazıçı-publisist İlqar Fəhmi, Xalq yazıçısı Elçin Əfəndiyev, AYB üzvləri şairlər Günel Şamilqızı, Şəhriyar Del Gerani çıxış ediblər.
Tədbir çərçivəsində təşkil edilən “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyarda: Qarabağın sənət inciləri” sərgiləri nümayiş edilib.