Sürüşmə ərazisində sakinlər kirayə evlərə çıxmaq istəmirlər

Bayıl yamacında baş verən sürüşmədən sonra sakinlərin bir qismi 163 nömrəli məktəbə yerləşdirilib. Məktəbin işçiləri jurnalistlərin binaya daxil olmasına icazə verməyib. Məktəbə gələn Səbail rayon icra başçısı Eldar Əzizov bildirib ki, sürüşmənin nəticələrinin aradan qaldırılması üçün Nazirlər Kabinetində komissiya yaradılıb.

Bayıl yamacında yaşayan sakinlərin bir qismi evlərini tərk etmək niyyətində deyillər. Onlar kirayə çıxmağa da razı olmurlar. Yaşayış yerlərini yalnız kompensasiya və ya başqa yerdə evlə təmin olunacaqları halda tərk edəcəklərini deyirlər.

Səbail rayon İcra Hakimiyyətində yaradılan Xüsusi Qərəgahdan bildirilib ki, 80 ailə sürüşmə ərazisindən köçürülüb. Onların çoxu qohumlarının evlərinə yerləşib. 42 nəfər isə müvəqqəti sığınacaqda məskunlaşıb.

Bayıl yamacında noyabrdan başlayaraq sürüşmə prosesi gedir. Qərərgahdan məlumat veriblər ki, sürüşmə hadisəsi müəyyən dövrdən bir aktivləşır. Buna relyef dəyişmələri, torpağın dərinliklərində gedən proseslər, xüsusilə də yağıntıların artması və digər amillər təsir göstərir.

Ana səhifəVideoSürüşmə ərazisində sakinlər kirayə evlərə çıxmaq istəmirlər