Sürücünü hədələyən şəxsin kimliyi bəlli olub

Faktla bağlı cinayət işi açılıb

Source:


Faktla bağlı cinayət işi açılıb

Bakıda avtobus sürücüsünü hədələyən şəxsin kimliyi məlum olub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hadisə avqustun 18-də axşam saatlarında, 85 saylı avtobusda baş verib. Faktla bağlı videogörüntü yayılıb.

Baş verənlərə münasibət bildirən DİN-in mətbuat xidmətindən bildirilib ki, avqustun 18-də saat 20 radələrində Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə zəng edən şəxs A.Məmmədov küçəsindəki dayanacaqda 85 saylı xətt avtobusuna minmiş naməlum şəxsin üzərində olan tapança ilə sürücüyə hədə-qorxu gəlməsini bildirib.

Dərhal görülən tədbirlərlə sürücü Şamaxı rayon sakini Gülağa Xudaverdiyevə qarşı odlu silaha bənzər əşya nümayiş etdirməklə xuliqanlıq edənin şəxsiyyəti müəyyənləşib və hazırda onun yaxalanması üçün zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi başlanılıb. Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Ana səhifəXəbərlərSürücünü hədələyən şəxsin kimliyi bəlli olub