Sürücünü ağladıb videosunu çəkən polis işdən çıxarıldı

Video yayılandan sonra yol polisi inspektoru Elvin Mövlanov dərhal Baş Dövlət Yol Polisi İdarəsinə çağırılıb

Source:


Video yayılandan sonra yol polisi inspektoru Elvin Mövlanov dərhal Baş Dövlət  Yol Polisi İdarəsinə çağırılıb

Videonu lentə almış yol polisi inspektoru Elvin Mövlanov Baş Dövlət  Yol Polisi İdarəsinə çağırılıb və o idarə rəhbərliyinin əmri ilə tutduğu vəzifədən azad edilib, bu barədə APA xəbər yayıb.

Bu gün sosial şəbəkələrdə yol polisinin vətəndaşla dialoqunu özündə əks etdirən video görüntülər yayılıb.   99 YP 965 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan Elvin Mövlanov yol-hərəkət qaydalarını pozan sürücünün yalvarışlarını və ağlamasını əks etdirən videonu çəkib.

Ana səhifəXəbərlərSürücünü ağladıb videosunu çəkən polis işdən çıxarıldı