Onlar yaxın günlərdə Azərbaycana deportasiya olunacaqlar
APA
-nın əldə etdiyi məlumata görə, saxlanılan şəxslər – 1991-ci il təvəllüdlü Simnarə Simral qızı Paşayeva, onun qızı, 2014-cü il təvəllüdlü (10 aylıq) Məryəm Araz qızı Paşayeva, 1996-cı il təvəllüdlü Aynur Vahid qızı Musayeva və 1990-cı il təvəllüdlü Abdul Azad oğlu Əlimətovdur.
Məlumata görə, azyaşlı uşağı ilə birlikdə Suriyaya getmək istəyən S. Paşayevanın əri Araz hazırda “İslam Dövləti” silahlı qruplaşması tərkibində vuruşur.
İstanbuldakı baş konsulu Həsən Zeynalov isə
APA
-ya açıqlamasında saxlanılanların yaxın günlərdə Azərbaycana deportasiya olunacaqlarını deyib: “Hazırda həmin şəxslərin izahatı alınır. Bu işlər başa çatandan sonra onların hamısı Azərbaycana deportasiya olunacaq”.
“İslam Dövləti” qruplaşmasına qoşulmaq üçün Suriyaya keçməyə cəhd etdikləri iddia olunan 4 Azərbaycan vətəndaşı Türkiyənin Kilis bölgəsində saxlanılıb.
Məlumata görə, Kilis polisi ümumilikdə 22 nəfərdən ibarət olan qrupun rayonun Suriya ilə sərhəd olan Aşağı Bəylərbəyi kəndindən sərhədi keçməyə cəhd göstərməsi barədə məlumat alıb. Saxlanılanların pasportları yoxlanılarkən, onlardan 4-nün azərbaycanlı bir ailənin üzvləri olduqları ortaya çıxıb.
Saxlanılanlar deportasiya edilmək üçün rayon polis idarəsinin xaricilərlə iş şöbəsinə təhvil veriliblər.