Suriyalı ata qızını müharibənin travmasından oyun icad edərək qoruyur

“Qızım hər şeyin oyun olduğunu düşünür”

Source: DAWN

Suriyalı video jurnalist Abdullah əl-Məhəmməd (Abdallah al-Muhammad) Suriyanın İdlib şəhərinin şimal-qərbindəki evində eşidilən hava zərbələrinin travmasından azyaşlı qızını qorumaq üçün bir oyun icad edib.

“Reuters” xəbər verir ki, Məhəmmədin bu həftə sosial mediada yayımladığı videoda o və qızı İdlibdə atışma zamanı gülərkən görünür. Video qısa zamanda geniş kütlələrə yayılıb. Rusiya döyüş təyyarələri tərəfindən dəstəklənən Suriya qoşunları dekabr ayından etibarən üsyançıların son qalası hesab edilən İdlib və Hələb əyalətlərində irəliləməkdədirlər.

Atası ətrafda oynayan uşaqlardan fişəng atmağı xahiş edib və bununla səs-küyün yalnız əyləncəyə xidmət etdiyini Salvaya nümayiş etdirib.

“Onlar gülməyə başladılar və o da gülməyə başladı və hər şeyin yalnız bir oyun olduğunu gördü. İki gün sonra, hava qüvvələri vurdu və mən dərhal qorxma, dedim. Bu sadəcə fişəng atan uşaqlardır. Mən məsələni bir oyuna çevirirəm ki, o qorxmasın”, – jurnalist deyib.

Ana səhifəDünyaSuriyalı ata qızını müharibənin travmasından oyun icad edərək qoruyur