“Suriyadakı model fərqli formada Azərbaycanda tətbiq oluna bilər”

Siyasi icmalçı İlqar Vəlizadə barışıq mərkəzi barədə yalnız ehtimallar əsasında danışa biləcəyini deyib

Source: google.az


Hüquq müdafiəçisi: “Gələcəkdə muxtar vilayətin olub-olmayacağına ermənilərin loyal münasibətindən asılı olacaq”

Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının birgə

bəyanatı

nın 5-ci bəndi daha çox müzakirə predmetinə çevrilən və sual doğuran məqamlardan sayılır. Konkret olaraq, mərkəz vətəndaş cəmiyyəti nümayənləriylə əməkdaşlıq edəcəkmi, bölgədə olan ermənilər Azərbaycan qanunlarını, pasportunu tanıyacaqmı sualları son bir neçə gündə aktuallıq kəsb edir.

Beşinci bənddə deyilir ki, Münaqişə Tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq və atəşkəsə nəzarət etmək üçün bir barışıq mərkəzi yerləşdirilir.

Ölkə başçısı İlham Əliyev atəşkəsə nəzarət üçün yaradılmış barışıq mərkəzində Türkiyə hərbçilərinin də iştirak edəcəyini söyləmişdi. Eyni zamanda, noyabrın 11-də Türkiyə Prezidenti R.T.Ərdoğanın “Rusiya Qarabağda hansı anlayış içərisində yer alırsa, bizim müşahidə və monitorinq heyətlərimiz də orada eyni anlayışla yeri alacaq” bəyanatından sonra Rusiya və Türkiyə Müdafiə nazirləri sənəd imzalayıblar.


“Azərbaycan qanunlarının tanınması şərt olacaq”

Hüquq müdafiəçisi Arzu Abdullayeva hesab edir ki, Qarabağ ermənilərinin Azərbaycan qanunlarını və pasportunu tanıması bir şərt olacaq:

“Əgər ermənilər Qarabağa qayıdarlarsa, mütləq Azərbaycanın bu şərtini qəbul etməlidirlər. Çünki nə Dağlıq Qarabağ Respublikası, nə Artsax var, hələ muxtar vilayət də yoxdur. Gələcəkdə muxtar vilayətin olub-olmayacağına gəlincə, bölgəyə gələcək ermənilərin loyal münasibətindən asılı olacaq. Erməni əhalisi Azərbaycan qanunlarına qarşı yenidən etiraz edib silaha sarılacaqlarsa, onlar bölgədə qala bilməzlər”.

maxresdefault.jpg
Arzu Abdullayeva

Arzu Abdullayeva hazırda barışdırıcı mərkəz və yaxud barışdırıcı mövqenin necə reallaşacağı haqda danışmağın çətin olduğu qənaətindədir:

“Çünki rəsmi müharibə yeni başa çatıb. Amma rəsmi olmayan müharibə təhlükəsi qalır, söhbət ərazidəki silahlı dəstələrdən gedir ki, onlar Qarabağdan hələ çıxmayıb. Onlarla barışıq necə olacaq, bu, artıq dövlətin terrorçularla necə təmas qurmasından asılıdır. Mən bu istiqamətdə təşəbbüslərin və müraciətlərin olacağına inanıram. Artıq həmin mərhələdə sülh təşəbbüsündə olan vətəndaş cəmiyyəti nümayəndələrinin yeni rolu mümkündür. Hesab edirəm ki, bu yöndə yerli və xarici QHT nümayəndələri də iştirak edə bilər, eyni zamanda, dövlətlərarası beynəlxalq təşkilatların rəsmilərini bu prosesə cəlb etmək lazımdır. Qoy, onlar da prosesdə olsun ki, qarşı tərəf gələcəkdə nə gözlədiyini başa düşsün. Əgər Qarabağın erməni əhalisi “daşı ətəkləri”ndən töküb qanunlarımızı tanıyarsa, perspektivdə onlarə yaxşı günlər gözləyir. Məsələ ondadır ki, Avropa Birliyi, ABŞ, Avropa Bankı ərazilərin bərpası və quruculuğu üçün Azərbaycana böyük yardım edəcək. Artıq bununla iqtisadçı Sabit Bağırov təkliflər paketi hazırlayıb”.


“Azərbaycanın qonşuları ABŞ və Böyük Britaniya yox, İran, Rusiya və Türkiyədir”

Siyasi icmalçı İlqar Vəlizadə barışıq mərkəzi barədə yalnız ehtimallar əsasında danışa biləcəyini deyib:

“Mən bildiyimə görə, Türkiyə tərəfi də mərkəzdə təmsil olunacaq. Suriyada Türkiyə-Rusiya münasibətləri necə tənzimlənirdisə, həmin model fərqli formada Azərbaycanda tətbiq oluna bilər. Çünki münaqişə tərəflərindən hansısa cığallıq etsə, Moskva, yaxud Ankara onu xəbərdarlıq edəcək”.

İlqar Vəlizadənin sözlərinə görə, noyabrın 11-nə keçən gecə imzalanan bəyanat siyasi reallıqdır:

İlqar Vəlizadə
İlqar Vəlizadə

“Amma mövcud reallıqdan çıxış edərək bilməliyik ki, Azərbaycanın qonşuları ABŞ və Böyük Britaniya yox, İran, Rusiya və Türkiyədir. Bu reallıqda ən gerçək şərtlər belə olmalıydı və üstünlükləri əldə etmişik. İkinci, Minsk Qrupu prosesdə yoxdur, onları Türkiyə və Rusiya əvəz edəcək. Ərdoğanın noyabrın 11-də verdiyi açıqlamalar sıradan bir bəyanat deyil, o, Putinlə ardıcıl şəkildə telefonla danışır və xarici, müdafiə nazirləri vasitəsilə işləyirlər. Əsas narahatlıq odur ki, işğal altındakı rayonlarda erməni silahlı qüvvələri var. Azərbaycan onları müharibə vasitəsilə çıxartsaydı itkilərimiz olacaqdı. Ancaq 3 rayonun müharibəsiz azad olunması üstünlükdür. Eyni zamanda, siyasi risklər minimuma enir, mən rus helikopterinin vurulmasını nəzərdə tuturam. Bu cür şeylər Azərbaycanın əleyhinə olacaqdı. Biz danışığı Rusiyayla apardıq ki, vədi onlardan alaq. Nəhayət, Putin həmin vədi verdi ki, erməni hərbi dəstələrini ərazidən çıxaracaq”.

Ana səhifəSiyasət“Suriyadakı model fərqli formada Azərbaycanda tətbiq oluna bilər”