Suriyada Rusiyadan olan 2 mindən çox yaraqlı öldürülüb

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya qoşunlarının ötən ilin sentyabrında Suriyada başladığı hərbi əməliyyatların yekunları barədə danışıb.

Source:
Sergey Şoyqu
Sergey Şoyqu


Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya qoşunlarının ötən ilin sentyabrında Suriyada başladığı hərbi əməliyyatların yekunları barədə danışıb.

“Report” xəbər verir ki, nazir Rusiya qoşunlarının əsas hissəsinin martın 15-dən Suriyadan çıxarılmasına göstəriş verən prezident Vladimir Putin ilə görüşdə bəzi məsələlər barədə ətraflı məlumat verib.

O bildirib ki, Suriya qoşunları Rusiyanın dəstəyi ilə 400-dən çox yaşayış məntəqəsini və 10 min kvadrat metrdən çox ərazini azad ediblər. Suriya ərazisində Rusiyadan gəlmə 2 mindən çox quldur, eləcə də, 17 səhra komandiri məhv edilib”, – deyə nazir məlumat verib.

Şoyqunun sözlərinə görə, Rusiya aviaqrupu 209 neft hasilatı və emalı obyektini, həmçinin 2 mindən çox neft məhsulu daşıyan vasitəni məhv edib. Nazir hesab edir ki, Rusiya qüvvələri terrorçuların ehtiyat təminatını tam olaraq dayandıra biliblər.

Ana səhifəXəbərlərSuriyada Rusiyadan olan 2 mindən çox yaraqlı öldürülüb