Suriya Türkiyənin hərbi irəliləyişindən narahatdır

Ərdoğan: ” Türkiyənin Suriya torpaqlarında əməliyyat aparmaq hüququ var”

Source: Meydan TV


Ərdoğan: ” Türkiyənin Suriya torpaqlarında əməliyyat aparmaq hüququ var”

Suriya rejimi Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Adana razılaşmasını pozaraq türk ordusunu şimalı Hələbə göndərməsi ilə bağlı narahatlığını ifadə edib, – “Ahval SANA” xəbər agentliyinə istinadən xəbər verir.

Adana razılaşmasına əsasən, Suriya hökuməti öz torpaqlarında Türkiyədə kürd özünü idarəçiliyi uğrunda mübarizə aparan PKK-nın fəaliyyətini qadağan etməyi öhdəliyinə götürüb.

Ərdoğan deyib ki, Türkiyə əsgərlərinin şimali Hələbə girməsi razılaşmaya uyğundur.

Xarici İşlər Nazirliyindən rəsmi mənbə çərşənbə günü SANA-ya bildirib ki, onlar Ərdoğanın hərəkətindən ciddi narahatlıq keçirirlər. Belə ki, Ərdoğanın türk ordusunu şimali Hələbdə görmək israrı narahatlıq doğurur, mənbə qeyd edib.

Adana razılaşması iki ölkə arasında əməkdaşlığın qorunmasına xidmət edr. “Razılaşma müddəalarına əsasən Ərdoğan təktərəfli hərəkət etməməlidir,” mənbə bildirib və əlavə edib ki, Adana razılaşması terrorizmlə mübarizəni və sərhədlər daxilində təhlükəsizliyi təmin etməyə yönəlsə də, Ərdoğan bu sazişi öz maraqlarına xidmət edəcək şəkildə istifadə edir.

Ərdoğan bildirib ki, müqaviləylə Türkiyənin Suriya torpaqlarında əməliyyat aparmaq hüququ var.

Ərdoğan Suriya qüvvələrini İdlib əhalisini Türkiyə sərhəddinə tərəf qovmaqda ittiham edib. Dekabr ayında başlamış hökumət hücumlarından bəri yarım milyon sivil evlərini tərk etmək məcburiyyətində qalıb.

Ərdoğanın xəbərdarlığı səkkiz Türk əsgərinin öldürülməsindən sonraya təsadüf edir, – BBC bildirib.

Ana səhifəDünyaSuriya Türkiyənin hərbi irəliləyişindən narahatdır