Suriya qüvvələri Türkiyənin 4 əsgərini öldürüb

Suriya hökumət qüvvələrinin atəş açması “İdlibdəki qarşıdurmaların qarşısını almaq üçün möhkəmləndirici tədbir olaraq göndərilmiş elementlərimizə qarşı həyata keçirilib,” Türkiyə Müdafiə Nazirliyi açıqlamasında deyib.

Source: Foto: arxiv


Daha 9 əsgərin yaralandığı deyilir

Bazar ertəsi günü Suriyanın şimal-qərb bölgəsi olan İdlibdə Suriya hökumət qüvvələrinin intensiv atəş açması nəticəsində 4 türk əsgəri öldürülüb, 9-u yaralanıb. “Reuters” xəbər verir ki, onlardan birinin vəziyyəti kritikdir.

Türkiyənin Müdafiə Nazirliyi yazılı açıqlamada bildirib ki, türk hərbi qüvvələri geriyə hücum edərək İdlib bölgəsindəki hədəfləri məhv edib.

Rusiya hava qüvvələri tərəfindən dəstəklənən Suriya Prezidenti Bəşər Əsəd qüvvələri son vaxtlar İdlibdə irəliləmələr edib və Prezident Rəcəb Tayyib Ərdoğan cümə günü döyüşlərin dayandırılmayacağı təqdirdə Türkiyənin bu bölgədə hərbi əməliyyatlara yenidən başlayacağının xəbərdarlığını etmişdi.

Suriyadan indiyədək 3,6 milyon qaçqın qəbul etmiş Türkiyə İdlibdən gələcək miqrantların yeni dalğasının qorxusu altındadır. Bölgədə Rusiya və İranla 2017-ci ildə imzalanmış sazişə əsasən qurulmuş 12 hərbi müşahidə məntəqəsi var. Bunlardan bir neçəsi irəliləməkdə olan Suriya hökumət qüvvələri tərəfindən mühasirəyə alınıb.

Suriya hökumət qüvvələrinin atəş açması “İdlibdəki qarşıdurmaların qarşısını almaq üçün möhkəmləndirici tədbir olaraq göndərilmiş elementlərimizə qarşı həyata keçirilib,” Türkiyə Müdafiə Nazirliyi açıqlamasında deyib.

İdlib Suriyanın təxminən doqquz ildir davam edən müharibədə üsyançıların əlində qalmış son böyük qalasıdır və Ərdoğan Rusiyanı bölgədəki döyüşləri azaltmaq üçün imzalanmış sazişləri pozmaqda günahlandırır. Bu ittihamı Moskva cümə günü rədd etmişdi.

Ana səhifəDünyaSuriya qüvvələri Türkiyənin 4 əsgərini öldürüb