Süni qiymət artırmaqda təqsirləndirilənlər məhkəmə zalından azad edildilər

Hər iki şəxs Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 200.1-ci (istehlakçıları aldatma) maddələri ilə ittiham olunublar

Source:


Hər iki şəxs Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 200.1-ci (istehlakçıları aldatma) maddələri ilə ittiham olunublar

İyunun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda süni qiymət artımına görə saxlanılan “Alfa Med” MMC-nin təsisçisi və faktiki rəhbərliyini həyata keçirən Əfqan Xudaverdiyev və cəmiyyətin satış üzrə meneceri İbadulla Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə iclasında prokuror təqsirləndirilən şəxslərin hər birinin 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə Ə. Xudaverdiyin barəsində 3 il müddətinə şərti cəza təyin edib, digər şəxs isə 5500 manat cərimə edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Yanvar ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında həyata keçirilmiş tədbirlər nəticəsində “Alfa med” Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə meneceri İbadulla Hüseynov tərəfindən “Grateziano” dərman vasitəsinin dəyərindən dəfələrlə artıq qiymətə satması müəyyən edilib. Cəmiyyətin anbarına aparılmış baxış zamanı külli miqdarda gömrük bəyannaməsi olmayan dərmanlar aşkar olunub. Eyni zamanda, şirkət tərəfindən 48 adda külli miqdarda müxtəlif dərman və tibbi ləvazimatlar aşkar edilib, həmin dərmanların Tarif Şurası tərəfindən müəyyən olunmuş qiymətlərdən daha artıq qiymətə satılması müəyyən edilib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 200.1-ci (istehlakçıları aldatma) maddələri ilə ittiham olunublar.

Ə.Xudaverdiyev Azərbaycan Tibb Universitetinin Normal fiziologiya kafedrasının assistenti vəzifəsini də tutub.

Ana səhifəXəbərlərSüni qiymət artırmaqda təqsirləndirilənlər məhkəmə zalından azad edildilər