Sumqayıtdan olan sahibkarlar Prezident Administrasiyasına üz tutdu

İş adamlarına borclarının qaytarılacağı vədi verilib

Source:


İş adamlarına borclarının qaytarılacağı vədi verilib

Yanvarın 29-da Sumqayıtdan olan bir qrup sahibkar Prezident Administrasiyasının qarşısına toplaşıb.

2016-2017-ci illərdə Sumqayıtda yeni dənizkənarı bulvarın tikintisində iştirak edən həmin şəxslər borclarının ödənilməsini tələb ediblər.

“Turan”-ın

xəbəri

nə görə, onlara borcun ödəniləcəyi ümidi verilib.

Sahibkarlar Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının onlara olan borcları ödəməsini tələb edirlər. Bu tələb Prezident Administrasiyasının nümayəndələri ilə görüşdə səslənib.

Sahibkarlara deyilib ki, yanvarın 31-də prezidentin köməkçilərindən biri onları qəbul edəcək. Ancaq sahibkarlar deyirlər ki, daha bu vədlərə inanmırlar.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Turan-a bildiriblər ki, nə şəhər hakimiyyətinin başçısı Zakir Fərəcov, nə də İcra Hakimiyyətinin digər rəsmi nümayəndəsi borclara görə maliyyə məsuliyyəti daşıyır.

“Sumqayıt Şəhər İcra Hakimiyyəti borclarını tələb edən şəxslər ilə müqavilə və ya digər saziş üzrə tərəf deyil. Həmin borclara məsul şəxs vəsaitləri mənimsədiyinə görə həbs edilib”, – Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev bildirib.

Sahibkarlar bildiriblər ki, Sumqayıtda dənizkənarı bulvarın tikintisi layihəsinə görə onlara 12 mln. manat verilməlidir. Tikinti işləri başa çatdıqdan sonra bulvarın idarə edilməsi məqsədilə “Sumqayıt Bulvarı” məhdud məsuliyyətli cəmiyyət yaradılıb.

Ana səhifəXəbərlərSumqayıtdan olan sahibkarlar Prezident Administrasiyasına üz tutdu