Koronavirus

Mənbə: Foto: arxiv

Başlıq: Koronavirus

Sumqayıtdakı doğum evində koronavirus aşkarlanıb, ölən var

Baş həkim: “Doğum evi ölən işçiyə görə bağlanmayıb, dezinfeksiya tədbirləri aparılır”

Sumqayıt şəhərində yerləşən 2 saylı doğum evində 18 nəfərin COVİD-19 infeksiyasına yoluxduğu, bir işçinin isə öldüyü deyilir.

Bu barədə Meydan TV-yə məlumatı sözügedən doğum evinin adının açıqlanmasını istəməyən əməkdaşı verib. Onun sözlərinə görə, həyatını itirən şəxs doğum evinin yeməkxanasında çalışıb. Bu səbəbdən Sumqayıt 2 saylı doğum evi naməlum müddətə bağlanıb. Doğum evinə gələn şəxsləri isə Sumqayıt 1 saylı doğum evinə yönəldirlər.

Başqa bir mənbənin sözlərinə görə isə 2 saylı doğum evinin arxasında yerləşən Yoluxucu Xəstəliklər Xəstəxanasında da 1 nəfər də COVİD-19 infeksiyasından vəfat edib.

Sumqayıt 2 saylı doğum evinin Baş həkimi Xədicə Binnətzadə məlumatı qismən təsdiqləyib və xəstəxanın iyunun 27-dən fəaliyyətini bərpa edəcəyini əlavə edib:

“Doğum evi ölən işçiyə görə bağlanmayıb, dezinfeksiya tədbirləri aparılır. Sabahdan açılacaq”.

Baş həkim xəstəxanada COVİD-19 infeksiyasına yoluxma hallarının olduğunu bildirib:

“Əgər bütün respublikada yoluxma varsa, bizdə çalışanlar xüsusi adamlar deyil, qohumlarından da keçə bilər. Yeməkxana işçisi isə ağır xəstə idi, dedilər ki, koronavirusa yoluxub, amma bizə ölüm kağızı vermədilər. 1 saylı xəstəxanada yatırdı”.

Rəsmi məlumata görə, pandemiya elan olunandan Azərbaycanda 7 həkim vəfat edib.

Azərbaycanda indiyə qədər 14 min 852 nəfər COVİD-19 infeksiyasına yoluxub. Onlardan 8059 nəfər müalicə olunaraq sağalıb, 180 xəstə ölüb. Aktiv xəstə sayı 6613 nəfərdir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/yxez9l

Ən çox baxılan