Sumqayıtda torpaq uçqunu 1 nəfərin ölümünə səbəb olub

Daha iki nəfər torpağın altında qalıb

Source:


Daha iki nəfər torpağın altında qalıb

İyunun 1-də Sumqayıt şəhərinin Yaşma qəsəbəsində torpaq uçqunu baş verib. Nəticədə 3 nəfər dağıntının altında qalıb, onlardan biri ölüb. Həyatını itirən şəxs 1986-cı il təvəllüdlü Ramil Qabil oğlu Abbasovdur. Onun “Azəriqaz”ın yerli idarəsinin işçisi olduğu bildirilir.

Hadisə şahidlərinin Meydan TV-yə verdiyi məlumata görə, ərazidə qazıntı apararkən qaz sızması yaranıb və uçqun baş verib.

Hazırda olayla bağlı araşdırma aparıldığı deyilir.

Ana səhifəXəbərlərSumqayıtda torpaq uçqunu 1 nəfərin ölümünə səbəb olub