Zavodun mühafizəçi Vüsal İsayev zavod rəhbərliyinin ona 2 260 manat borcu olduğunu deyib
Fevralın 20-də Sumqayıtda yerləşən Günəş panelləri zavodunun işçiləri etiraz aksiyası keçirib. Səbəb işçilərin iyun ayından əmək haqqlarını ala bilməmələridir.
Bu barədə məlumat yayan fins.az fevralın 21-də işçilərin zavodun rəhbəri Akim Bədəlovun Badamdar qəsəbəsində yerləşən şəxsi evinin qarşısında aksiya keçirəcəklərini bildirib.
Etirazçılardan mühafizəçi Vüsal İsayev zavod rəhbərliyinin ona 2 260 manat borcu olduğunu deyib. V.İsayev hazırda zavodun qarşısına 15-20 nəfərin toplaşaraq əmək haqqlarını tələb etdiklərini söyləyib.
V. İsayevin sözlərinə görə, zavod “Az-Alternativ enerji”yə məxsus olub. Adı çəkilən qurumun rəhbəri isə Akim Bədəlovdur.
V. İsayev hazırda zavodun Energetika Nazirliyinin nəzdinə verildiyini, amma sənədlərdə zavodun rəhbərinin Musayev Səbuhi Səməd oğlu olduğunu da deyiblər.