Sumqayıtda dindar sürücü həbs edilib

Telman Abdullayev polisə müqavimətdə günahlandırılır

Source:


Telman Abdullayev polisə müqavimətdə günahlandırılır

Noyabrın 27-də Nardaran kəndində baş verən insidentdən sonra oxşar həbslər Sumqayıtda da aparılıb. Yerli polis əməkdaşları dindarları təqib edib, onların bəziləri evlərindən, yaxud iş yerlərindən aparılıb, əksəriyyəti də polisə müqavimət ittihamı ilə.

Bu barədə həbs olunanların yaxınları Meydan TV-ni məlumatlandırıb.

Saxlanılanlardan biri də 3-cü mikrorayon sakini, yük maşını sürücüsü, 1971-ci il təvəllüdlü Telman Abdullayevdir. Yaxınlarının məlumatına görə, polislər onu təqib edirmişlər. Onun yaşadığı mənzilə gəliblər, evdə olmadığından özünə zəng edib qəza törətməkdə ittiham ediblər. Amma məlum olanda ki, Telman Abdullayev həmin vaxt reysdə olmayıb, o zaman onu idarəyə dəvət ediblər. O, bildiriş göndəriləcəyi təqdirdə idarəyə gələcəyini desə də, sonradan qohumlarına təzyiq nəticəsində onu idarəyə gətirmək mümkün olub. Polis İdarəsində ona polisə müqavimət ittihamı ilə 15 sutka inzibati həbs verilib.

Yaxınları deyir ki, Telman Abdullayev özü polis idarəsinə gedibsə, necə müqavimət göstərə bilər? Ailəsi hesab edir ki, həbsi onun dindar olması ilə bağlıdır. T.Abdullayev indiyə qədər həbs olunmayıb, dini ayinlərə riayət etsə də, heç bir təşkilatın üzvü deyil.

Meydan TV-nin faktla bağlı DİN-dən münasibət öyrənmək cəhdləri boşa çıxıb. Nazirlikdən sorğunu cavablandırmayıblar.

Ana səhifəXəbərlərSumqayıtda dindar sürücü həbs edilib