“FHN iş apardığımız binanın birinci mərtəbəsinə vurulan üzlükləri sökdürüb”
“Bakıda ilk dəfə üzlüklü binada yanğın baş verəndə aidiyyatı qurumlara araşdırma aparmaq üçün müraciət edilib”.
Bu sözləri
xeberle.com
saytına Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Abid Əliyev deyib. Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi bu üzlüklərin binalara vurulmasını dayandırıb: “FHN iş apardığımız binanın birinci mərtəbəsinə vurulan üzlükləri sökdürüb. Materialın yanan material olmasını onlar daha yaxşı bilirlər. Mütəxəssis onlardır. Hələ ki, penoplastlardan istifadə edilərək üzlüklər vurulmur. Bu işi dayandırmışıq. İki il bundan öncə Sumqayıtda yanan binaya gəldikdə isə onu deyə bilərəm ki, baş verən yanğında binaya vurulan üzlük yanmırdı. İndi mən yanan binaya baxıram, görürəm ki, nə qədər fərq var imiş. Keyfiyyətdən çox şey asılıdır. Bu, elə bil barıt idi.”