Sumqayıt sakinləri həyətlərində aparılan tikintiyə etiraz edirlər

Sumqayıt şəhəri, 1-ci mikrorayon, 122-ci binada yaşayan sakinlər həyətlərində aparılan tikintiyə etiraz edirlər. Sakinlər deyir, bu tikili həyətdəki yaşıllıq sahəsinin məhvinə səbəb olur. Sakinlər Sumqayıt ŞİH-nə şikayət etsələr də, nəticə yoxdur. Sumqayıt ŞİH-dən Eyvaz Qocayev Meydan TV-yə deyib: “Ərazidə illər öncədən vətəndaşın mülkiyyətində olan köşk yerləşib. Torpaq sahəsi qanuni sənədlərə əsasən həmin mülkiyyətçiyə aiddir. Vətəndaş mülkiyyətində olan ərazidə aidiyyəti qurumların razılığı əsasında yüngül konstruksiyadan ibarət obyekt quraşdırır. Onu da bildirək ki, qeyd olunan ərazidə sakinlərin hərəkətinə maneə yaranmır”. Sakinlər isə etiraz etdikləri üçün təhdidlərə məruz qaldıqlarını deyirlər. İşdən çıxarılmaqla hədələnən sakinlər ölkə prezidenti DTX və digər qurumlara müraciət etsələr də, nəticə yoxdur.

Ana səhifəVideoSumqayıt sakinləri həyətlərində aparılan tikintiyə etiraz edirlər