Zakir Fərəcov icra başçısı təyin olunandan sonra ucuz yarmarka kimi tanınan 8-ci mikrorayon yarmarkasının bağlanması barədə göstəriş verib
Sentyabrın 30-da Sumqayıt şəhərin 8-ci mikrorayonunda yarmarkanın bağlanmasına etiraz olaraq sahibkarlar İcra hakimiyyətinə doğru etiraz yürüşü keçirməyə cəhd ediblər.
Aksiya barədə xəbər alan yerli polislər sahibkarları icra hakimiyyətinin binası yaxınlığında qarşılayaraq onları irəli getməyə icazə verməyiblər.
Zakir Fərəcov icra başçısı təyin olunandan sonra ucuz yarmarka kimi tanınan 8-ci mikrorayon yarmarkasının bağlanması barədə göstəriş verib. Səbəb də yarmarkada antisanitariya vəziyyətinin olması idi.
Ancaq sahibkarların yürüşü barədə icra hakimiyyəti hələ açıqlama yaymayıb.
Yürüş barədə məlumatı Meydan TV-yə Sumqayıt sakinləri verib.