Sülhəddin Əkbər: Bakı Cenevrə görüşündən nəticə gözləmir

Onun sözlərinə görə, İranın Xəzərdəki provokasiyalarına cavab olaraq, Türkiyə F-5 döyüş təyyarələrinin 2001-ci ilin avqustunda Azərbaycana gəlib, Xəzər və Bakı üzərində uçuşlar keçirməsini xatırlatmaq yerinə düşər.

Source:


Şahin Cəfərli: "F-16 məsələsi Rusiya və İrana mesaj idi"

“Prezident İlham Əliyevin 26 oktyabr xalqa müraciətində bir neçə istiqamətli mesaj yer almışdı. Müraciətdə xalqa, orduya, beynəlxalq birliyə, təşkilatlara, xarici KİV-ə, eyni zamanda Minsk Qrupu həmsədrlərinə və Ermənistana mesaj verdi”.

Bunu Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər dövlət başçısı İlham Əliyevin oktyabrın 26-da xalqa

müraciət

ini Meydan TV-yə şərh edərkən deyib.

Sülhəddin Əkbər: "İlham Əliyev müraciətində Azərbaycanın mövqeyinin dəyişməyəcəyini bəyan etdi"

Sülhəddin Əkbər bidirib ki, İlham Əliyev bugünkü müraciətində Azərbaycanın mövqeyinin dəyişməyəcəyini bir daha bəyan edib: “Yəni siyasi rəhbərlik bugünə qədər hansı siyasi xətti aparıbsa, onu da davam etdirəcək. Bununla da rəsmi Bakı 29 oktyabr Cenevrə görüşündən nəticə gözləmir və ötən ayın sonundan ba.lanan hərbi-siyasi xətt davam edəcək”.

Azer-Qasimli.jpg
Azər Qasımlı


Azər Qasımlı: "Prezident "F-16"larla bağlı Rusiyaya mesaj verdi"

Siyasi icmalçı Azər Qasımlı ölkə başçısının çıxışında müəyyən mesajların olduğunu söyləsə də, ümumilikdə, fikirlərin daxili auditoriya üçün hesablandığını düşünür: “Çünki daxili auditoriya üçün bir söz deyilirsə, qapalı danışıqların ritorikası ayrı olur. Mənim diqqətimi daha çox prezidentin F-16 barədə söylədikləri çəkdi. Prezident bununla sanki Rusiyaya bir mesaj vermiş oldu: "Türkiyənin F-16-ları mənəvi dəstək üçün Azərbaycandadır", – belə də dedi. Amma gərək olsa, xaricdən təzyiq olsa, istifadə olunacaq. Bu, o demək idi ki, Türkiyə də Azərbaycanın yanında olacaq. Məsələ ondadır ki, Türkiyə Prezidenti Ərdoğan da bu barədə danışmışdı. İkinci mesaj atəşkəslərin müvəqqəti olması barədəydi. Əsas şərt-separatçılar çıxmasa, atəşkəs yerinə yetirilməyəcək. Bir daha təkrar edirəm, danışıqlar qapalı olduğundan ölkə başçısı daxili auditoriya üçün dedi ki, Azərbaycan sona qədər gedəcək, 5+2 formatında olan rayonlar yox, Qarabağ özü azad olunacaq”.

Azər Qasımlının qənaətincə, prezidentin çıxşında müsbət məqam 1992-1993-cü ildə hakimiyyətdə olan AXC-Müsavat iqtidarı barədə danışmaması olub: “Əvvəlki çıxışlarında bu barədə çox danışsa da, bu dəfə toxunmaması müsbət oldu. Düzdür, Ayaz Mütəllibov hakimiyyəti barədə bir neçə kəlmə dedi, amma 1992-1993-cü illəri görməzdən gəldi və 1994-cü ilin Minsk Qrupunun yaranmasından danışdı”.

maxresdefault.jpg
Zaur Şiriyev


Zaur Şiriyev: "Prezidentin Ermənistana və həmsədrlərə mesajı o idi ki, Cenevrəyə reallıqlara uyğun təkliflərlə gəlin"

Beynəlxaq Böhran Qrupunun eksperti Zaur Şiriyev İlham Əliyevin çıxışının əsas mesajının Minsk Qrupu həmsədrlərinə olduğunu bildirib:

“Prezident Cenevrə görüşünə real təkliflərlə gəlməyin vacib olduğunu və bu təkliflərin Ermənistanın qarşısına qoyulmasını vurğuladı. Bu, o deməkdir ki, Azərbaycan Cenevrədə, sadəcə, atəşkəs barədə danışılmasını istəmir. Bakının tələbi odur ki, Minsk Qrupu həmsədrləri Cenevrəyə planla gəlsinlər. Maraqlı tərəf odur ki, 10 oktyabr Moskva danışıqlarından fərqli olaraq Azərbaycanın tələbləri artıq dəyişib. 10 oktyabrda Azərbaycan Madrid Prinsipləri üzərində danışıq aparılmasını təklif edirdi, 5+2 formatı, amma hazırda reallıq dəyişib. Prezidentin Ermənistana və həmsədrlərə mesajı o idi ki, Cenevrəyə reallıqlara uyğun təkliflərlə gəlin. Yəni predmetsiz, mənasız görüşlər müharibənin davam etdirilməsinə səbəb olacaq”.


Şahin Cəfərli: "SEPAH komandirlərinin bəyanatları Azərbaycana açıq təhdiddir"

"Rusiyanın Zəngilan-Qubadlı-Laçın zolağında bayraq nümayişi, İranın cənub-qərb sərhədimizdə hərbi təlimləri və SEPAH komandirlərinin bəyanatları Azərbaycana açıq təhdiddir".

Bunu siyasi şərhçi Şahin Cəfərli özünün "facebook" səhifəsində yazıb: "Prezident bu təhdidlərə qarşı açıq mətnlə bildirdi ki, siz müdaxilə etsəniz, Türkiyə də edəcək".

Şahin Cəfərli
Şahin Cəfərli

Onun sözlərinə görə, İranın Xəzərdəki provokasiyalarına cavab olaraq, Türkiyə F-5 döyüş təyyarələrinin 2001-ci ilin avqustunda Azərbaycana gəlib, Xəzər və Bakı üzərində uçuşlar keçirməsini xatırlatmaq yerinə düşər:

"Xarici təzyiqləri dəf etmək üçün Azərbaycanda xalq-dövlət (hökumət) birliyinə, bəlkə də, heç vaxt olmadığı qədər ehtiyac yaranıb. Bu baxımdan prezidentin çıxışında bir məqam diqqətimi çəkdi. O, Mütəllibov iqtidarını milli olmamaqda ittiham etdiyi halda, bu dəfə Elçibəy dövrünün (AXC-Müsavat) üzərindən sükutla keçdi. Bu da həmin qüvvələrin hazırda toplumda müəyyən çəkiyə və mövqeyə sahib olması ilə əlaqədardır. Yəni bu qüvvələrə qarşı əvvəlki ritorika və siyasətin heç yeri deyil, faydası da ola bilməz. Tarixi mərhələdən keçirik və nə qədər şablon səslənsə də, yalnız birlik və bərabərliklə bu sınaqdan maksimum qazancla, hərbi-siyasi qələbə ilə çıxmaq mümkündür".

Sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında atəşkəs pozulub.

29 gündür ki, davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan ordusu Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarını azad edib.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ (1991-ci ildə Azərbaycan Milli Məclisi muxtar vilayəti ləğv edib.

Azərbaycan BMT-yə üzv olduqda artıq bu status yox idi – red) ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib.

Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Ana səhifəSiyasətSülhəddin Əkbər: Bakı Cenevrə görüşündən nəticə gözləmir