“Sülh Azərbaycanın ərazi bütövlüyünü bərpa etməlidir”

“Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmir”

Source:


“Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmir”

“Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməməsi Qarabağ münaqişəsinin həllinə, həmçinin beynəlxalq və regional sülh və təhlükəsizliyə təhdiddir”, – Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin yaydığı bəyanatda belə deyilir.

Sənəddə vurğulanır ki, 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrdə erməni hərbi qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunsa da, 23 ildir ki, buna əməl edilmir.

Bəyanatda bildirilir ki, Azərbaycanın sülh danışıqlarında iştirak etməsində başlıca məqsəd Ermənistan qoşunlarının Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən çıxarılmasıdır: “Sülh Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü bərpa etməlidir”.

“Beynəlxalq qurumlar məsələnin hərbi yolla həllinin olmadığını deyirlər. Onlar dinc vasitələrlə də problemin həllinə yetərli səy göstərmirlər. Bildirilir ki, gücdən istifadə etməmə prinsipinin işğala əsaslanan status-kvonun dondurulması məqsədilə təhrifi qəbuledilməz, əks nəticə verən və çox təhlükəli yanaşmadır”, – deyə bəyanatda deyilir: “Təcavüzün qurbanı olan dövlətin gücdən yararlanmamağa dair öhdəliyə riayət etməsini iddia etmək, ən azından, yersizdir”.

Sənəddə deyilir ki, münaqişənin həlli kontekstində gücə əl atmamaq haqqında danışanlar, ilk növbədə, Azərbaycan ərazilərinin hərbi işğalı amilini aradan qaldırmalıdır. Bunu təmin edə bilmirlərsə, Azərbaycanın öz torpaqlarını müdafiə etmək və istənilən vasitə ilə öz vətəndaşlarını qorumaq hüququ var.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Ana səhifəXəbərlər“Sülh Azərbaycanın ərazi bütövlüyünü bərpa etməlidir”