Bu barədə Strateji Yol Xəritəsində qeyd edilir
“Su xətlərinin yenilənməsinə 1 mlrd. 135 mln. manat vəsait lazımdır”, – bu barədə Strateji Yol Xəritəsində nəzərdə tutulub.
APA yazır ki, sənədə görə, investisiya həcmi üzrə əlavə texniki-iqtisadi əsaslandırmanın aparılması vacibdir.
İçməli və tullantı su infrastrukturunun yaradılması üçün 2020-ci ildə 40 mln. manat artacağı proqnozlaşdırılır.
Bundan başqa, “Azərsu” ASC yuxarıda göstərilənlərdən əlavə, nəticələrin əldə edilməsi üçün investisiya proqramı da hazırlayıb. Bu proqram kanalizasiya sisteminin inkişafı, tullantı sularının təmizlənməsi, su ehtiyatlarının idarəolunması, qrunt və səth sularının idarəolunması kimi mövzuları əhatə edir. Proqram üzrə iqtisadi və texniki əsaslandırma hökumətə ayrıca təqdim ediləcək.
Köhnə qaz boru xətlərinin modernləşdirilməsi üçünsə 1 mlrd. 515 mln. manat vəsait tələb olunur.
SOCAR-ın “Azəriqaz” İB tərəfindən təbii qazın paylanmasında əlavə nəticələr əldə edilməsinə kömək edəcək yeni investisiya layihəsi də hazırlanıb. Bu proqramın texniki-iqtisadi əsaslandırılması ayrıca olaraq həyata keçiriləcək.